Geri

16 iyul 2021-ci il saat 20:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

16 iyul 2021-ci il saat 20:15-dək:

Beyləqan rayonunun Örənqala qəsəbəsində həyətyanı sahədə 13 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Pirəyir kəndində həyətyanı sahədə 4 ton ot bağlamasının 1,3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı transformator yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Geri

16 iyul 2021-ci il saat 20:10-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Seyidli kəndi yaxınlığında əkin sahəsində yanğın olması barədə məlumat daxil olub. Məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən yanğınsöndürmə işlərinin sürətləndirilməsi və yanğına daha fəal təsir göstərilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri əraziyə cəlb olunub.

Yanğın zamanı əməliyyat şəraitinin operativ qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində kənd bələdiyyəsinə məxsus ərazidə 30 ha biçilmiş taxıl sahəsi, 2 ton ot bağlaması və yaxınlıqda meşə zolağında 0,5 ha sahədə kol-kos yanıb. Meşə ərazisi və yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Geri

16 iyul 2021-ci il saat 18:00-dək:

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Beyləqan rayonunun Bünyadlı kəndində ümumi sahəsi 65 m² olan talvarın altına yığılan 17 ton ot bağlamasının 3,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Zaqatala rayonunda transformatorun çıxış kabeli 2 p.m yanıb. Transformator yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 iyul 2021-ci il saat 17:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

16 iyul 2021-ci il saat 14:30-dək:

Tovuz rayonunun Aşağı Öysüzlü kəndində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konsturksiyaları və içərisinə yığılan 3 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Quba rayonunun Rustov kəndində ümumi sahəsi 90 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 7 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 iyul 2021-ci il saat 12:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

16 iyul 2021-ci il saat 11:45-dək:

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 44 m² olan 2 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 8 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 iyul 2021-ci il saat 07:00-dək:

Ağcabədi rayonunun Hindarx qəsəbəsində ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları 15 m² sahədə və altına yığılan 9 ton ot bağlamasının 3 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bərdə rayonunun Alaçadırlı kəndində ümumi sahəsi 45 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 iyul 2021-ci il saat 04:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bərdə rayonunun Mirzalıbəyli kəndində sexdə yanğın olması barədə məlumat daxil olub. Məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, kağız emalı sexinə aid ümumi sahəsi 430 m² olan birmərtəbəli tikilinin dam örtüyünün taxta atmaları qarsalanıb, içərisində olan 80 ton kağız mallarının 10 tonu yanıb. Tikilinin və kağız malların qalan hissəsi yanğından mühafizə olunub.