Geri

15 iyul 2021-ci il saat 17:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov ​rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

15 iyul 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanınlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən biri azyaşlı olmaqla 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

15 iyul 2021-ci il saat 08:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yanğın yanacaqdoldurma məntəqəsinin ərazisində birdam altında tikilmiş birmərtəbəli, ümumi sahəsi 600 m² olan və müxtəlif təyinatlı obyektlərin (kafe, avtoyuma və avtomobil təmiri məntəqələri və s.) fəaliyyət göstərdiyi tikililərdən birində baş verib. Yanğın nəticəsində sahəsi 116 m² olan tikilinin (kafe kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 90 m² sahədə yanıb. Yüksək temperaturdan avtomobil təmiri məntəqəsinin (8 boks) lambirindən ibarət tavanı 415 m² sahədə əriyib. Bitişik tikililərin qalan hissəsi, təmirə dayanmış avtomobillər və yanacaqdoldurma məntəqəsi  yanğından mühafizə olunub.

Geri

15 iyul 2021-ci il saat 05:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həkim nəzarəti altında halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.

Geri

15 iyul 2021-ci il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunda “QAZel” markalı yük avtomobili ilə “ГАЗ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1989-cu il təvəllüdlü Məmmədov Ramin Zakir oğlunun və 1983-cü il təvəllüdlü Əliyev Aydın Valeh oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.