Geri

13 iyul 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

13 iyul 2021-ci il saat 07:00-dək:

Lənkəran şəhərində “Mercedes” markalı minik avtomobilinin idarəetmə lövhəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunun Hacıbədəlli kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə, dam örtüyü 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

13 iyul 2021-ci il saat 02:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

Geri

13 iyul 2021-ci il saat 02:00-dək:

İsmayıllı rayonunun Qalagah kəndində həyətyanı sahədə 7 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

13 iyul 2021-ci il saat 00:45-dək:

Bakı şəhərinin Nəsimi rayonunda birmərtəbəli binanın zirzəmisində ümumi sahəsi 15 m² olan otağın yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

13 iyul 2021-ci il saat 00:00-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 200 m² olan kürsülü birmərtəbəli mansarda tipli evin (1-ci mərtəbəsi 100 m², mansardası 100 m²) yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.