Geri

30 iyun 2021-ci il saat 20:30-dək:

Qax rayonunun Almalı kəndində “ВАЗ" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 iyun 2021-ci il saat 13:00-dək:

Ağcabədi rayonunun Poladlı kəndində ümumi sahəsi 126 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 63 m² sahədə və damına yığılan 6 ton ot bağlamasının 3 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 iyun 2021-ci il saat 09:30-dək:

30 iyun 2021-ci il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 65 m² olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin övladı, 2019-cu il təvəllüdlü Mahmudova Nuray Röyal qızının yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

30 iyun 2021-ci il saat 09:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Binəqədi rayonunda (Bakı-Sumqayıt magistral avtomobil yolunun 3-cü kilometrliyi) yol kənarında açıq ərazidə təqribən 50 m² sahədə məişət tullantıları və quru ot yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Geri

30 iyun 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı, Binəqədi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4-ü azyaşlı olmaqla 8 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

30 iyun 2021-ci il saat 07:30-dək:

Astara rayonunun Hamoşam kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqda olan tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Salyan rayonunun Arbatan kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.