Geri

30 iyun 2021-ci il saat 09:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Binəqədi rayonunda (Bakı-Sumqayıt magistral avtomobil yolunun 3-cü kilometrliyi) yol kənarında açıq ərazidə təqribən 50 m² sahədə məişət tullantıları və quru ot yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Geri

30 iyun 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı, Binəqədi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4-ü azyaşlı olmaqla 8 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

30 iyun 2021-ci il saat 07:30-dək:

Astara rayonunun Hamoşam kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqda olan tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Salyan rayonunun Arbatan kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.