Geri

29 iyun 2021-ci il saat 22:00-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şıxov", “Şüvəlan” sularda xilasetmə məntəqələrinin ərazisində və 1 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Geri

29 iyun 2021-ci il saat 18:45-dək:

Lənkəran şəhərinin Boladı kəndində ümumi sahəsi 420 m² (hər mərtəbəsi 210 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 210 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyun 2021-ci il saat 17:30-dək:

Ucar rayonunun Yuxarı Şilyan kəndində həyətyanı sahəyə yığılan  3,7 ton ot bağlamasının 2,2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyun 2021-ci il saat 16:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda fərdi yaşayış evinin dam örtüyünün bir hissəsinin yerindən qoparaq elektrik dirəyinin üzərinə düşməsi barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində dam örtüyü hissələrə kəsilərək təhlükəsiz əraziyə daşınıb.

Geri

29 iyun 2021-ci il saat 14:30-dək:

Şəki şəhərinin Kiçik Dəhnə kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyun 2021-ci il saat 13:45-dək:

Kürdəmir rayonunun Atakişili kəndində ümumi sahəsi 50 m² olan taxta konstruksiyadan ibarət birmərtəbəli ev yanıb. Yaxınlıqdakı ot tayası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyun 2021-ci il saat 11:00-dək:

Yevlax şəhərində ümumi sahəsi 195 m² olan kürsülü birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyun 2021-ci il saat 09:30-dək:

Bakı şəhərinin Səbail rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac, 10 ədəd qoruyucu açar və 4 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyun 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı, Yasamal və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

29 iyun 2021-ci il saat 08:30-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və ərazidə 10 ədəd ağac yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İsmayıllı rayonunun Kürdmaşı kəndində ümumi sahəsi 64 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yüksək temperaturdan  lambirindən ibarət tavan və plastik qapı 2 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.