Geri

29 iyun 2021-ci il saat 14:30-dək:

Şəki şəhərinin Kiçik Dəhnə kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyun 2021-ci il saat 13:45-dək:

Kürdəmir rayonunun Atakişili kəndində ümumi sahəsi 50 m² olan taxta konstruksiyadan ibarət birmərtəbəli ev yanıb. Yaxınlıqdakı ot tayası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyun 2021-ci il saat 11:00-dək:

Yevlax şəhərində ümumi sahəsi 195 m² olan kürsülü birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyun 2021-ci il saat 09:30-dək:

Bakı şəhərinin Səbail rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac, 10 ədəd qoruyucu açar və 4 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyun 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı, Yasamal və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

29 iyun 2021-ci il saat 08:30-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və ərazidə 10 ədəd ağac yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İsmayıllı rayonunun Kürdmaşı kəndində ümumi sahəsi 64 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yüksək temperaturdan  lambirindən ibarət tavan və plastik qapı 2 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.