Geri

29 iyun 2021-ci il saat 08:30-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və ərazidə 10 ədəd ağac yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İsmayıllı rayonunun Kürdmaşı kəndində ümumi sahəsi 64 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yüksək temperaturdan  lambirindən ibarət tavan və plastik qapı 2 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.