Geri

28 iyun 2021-ci il saat 23:00-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Neftçala”, “Bilgəh”, “Qobustan”, “Şüvəlan” sularda xilasetmə məntəqələrinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.

Geri

28 iyun 2021-ci il saat 20:45-dək:

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 1999-cu il təvəllüdlü Xəlilov Rəşad Habil oğlunun axtarışları başa çatıb. R.Xəlilovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Geri

28 iyun 2021-ci il saat 21:00-dək:

Ağdam rayonunun Quzanlı qəsəbəsində həyətyanı sahəyə yığılan 16 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəki şəhərinin Öyrət kəndində həyətyanı sahədə yığılan 8 ton ot bağlamasının 5 tonu və yaxınlıqda ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları yanıb. Ot bağlamalarının qalan hissəsi, yaxınlıqdakı qoşqu və tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Tovuz rayonunun Hacıalılı kəndində həyətyanı sahəyə yığılan 10 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Hacıqabul rayonunda ümumi sahəsi 50 m² olan tövlənin içərisinə yığılan 1 ton ot bağlamasının 500 kiloqramı yanıb. Ot bağlamalarının qalan hissəsi və tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 iyun 2021-ci il saat 19:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri

28 iyun 2021-ci il saat 17:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasının dam örtüyündə taxta tullantıları 10 m² sahədə və elektrik kabeli 8 p.m yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qazax rayonunun Dəmirçilər kəndində ümumi sahəsi 60 m² olan tövlənin qamışdan ibarət tavanı 20 m² sahədə yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Cəlilabad rayonunda ümumi sahəsi 77 m² olan talvarın yanar konstruksiyaları 50 m² sahədə və altına yığılan 22,5 ton ot bağlamasının 4 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qax rayonunda ümumi sahəsi 45 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 iyun 2021-ci il saat 15:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində sexdə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 1830 m² olan ikimərtəbəli anbarın yanar konstruksiyaları və içərisində olan mallar 1200 m² sahədə yanıb. Anbarın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Geri

28 iyun 2021-ci il saat 12:20-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nəm salfetkaların istehsalı sexində yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

28 iyun 2021-ci il saat 11:15-dək:

Qax rayonunun Tasmalı kəndində ümumi sahəsi 84 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 iyun 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı, Nərimanov və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

28 iyun 2021-ci il saat 02:45-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 2000 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı (inşaat və ərzaq malları mağazaları və s.) ikimərtəbəli tikilinin 1-ci mərtəbəsində sahəsi 28 m² olan inşaat malları mağazasının lambirindən ibarət tavanı və içərisində hər birinin tutumu 1 litr olan 7 ədəd boya çəlləyi yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb;

Ağstafa rayonunda fəaliyyət göstərməyən dördmərtəbəli binanın 3-cü mərtəbəsinin xarici divarına quraşdırılan 2 ədəd kondisioner yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.