Geri

22 iyun 2021-ci il saat 17:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

22 iyun 2021-ci il saat 16:20-dək:

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində açıq ərazidə olan yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin məlumata əsasən, təqribən 2 ha ərazidə təkər və məişət tullantıları yanıb.

Geri

22 iyun 2021-ci il saat 14:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində açıq ərazidə məişət tullantılarının yanması barədə məlumat daxil olub. Hal-hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən ərazidə yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

22 iyun 2021-ci il saat 13:30-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində transformatorun 1 ədəd elektrik açarı və çıxış kabeli 100 p.m yanıb. Transformatorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 iyun 2021-ci il saat 09:30-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 70 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə, digər otağının taxtadan ibarət tavanı 4 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 iyun 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Nərimanov, Yasamal və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 6 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 10 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

22 iyun 2021-ci il saat 07:00-dək:

Ucar rayonunun Müsüslü kəndində ümumi sahəsi 300 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 20 ton ot bağlaması, yaxınlıqda 1 ədəd elektrik dirəyi və 1 ədəd sayğac yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli evin dam örtüyünün (qamış və metal konstruksiyadan ibarət) yanar konstruksiyaları 150 m² sahədə və 2 otağının tavanı 32 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.