Geri

02 iyun 2021-ci il saat 13:15-dək:

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin mətbəxinin yanar konstruksiyaları və içərisindəki əşyalar 14 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 iyun 2021-ci il saat 09:30-dək:

Şamaxı rayonunun Əngəxaran kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə, 2 otağının tavanı 50 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 iyun 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

02 iyun 2021-ci il saat 08:45-dək:

Bakı şəhərinin Nəsimi rayonunda hər mərtəbəsi 13500 m² olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 75 m² olan kafenin yanar konstruksiyaları 45 m² sahədə, ümumi sahəsi 60 m² olan kitabxananın tavanı 5 m² sahədə, ümumi sahəsi 20 m² olan birotaqlı mənzilin tavanı 20 m² sahədə və dəhlizin tavanı 9 m² sahədə, 2-ci mərtəbəsində dəhlizin döşəməsi 3 m² sahədə (ümumi 82 m² sahədə) yanıb. Yanğın zamanı tüstülənmiş mənzildən 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.