Geri

02 iyun 2021-ci il saat 08:45-dək:

Bakı şəhərinin Nəsimi rayonunda hər mərtəbəsi 13500 m² olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 75 m² olan kafenin yanar konstruksiyaları 45 m² sahədə, ümumi sahəsi 60 m² olan kitabxananın tavanı 5 m² sahədə, ümumi sahəsi 20 m² olan birotaqlı mənzilin tavanı 20 m² sahədə və dəhlizin tavanı 9 m² sahədə, 2-ci mərtəbəsində dəhlizin döşəməsi 3 m² sahədə (ümumi 82 m² sahədə) yanıb. Yanğın zamanı tüstülənmiş mənzildən 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.