Geri

19 iyun 2021-ci il saat 16:00-dək:

Tərtər rayonunun İsmayılbəyli kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

19 iyun 2021-ci il saat 15:15-dək:

Sumqayıt şəhərində üçmərtəbəli yataqxana binasının (1-ci mərtəbəsində yaşayış yoxdur, ferma kimi istifadə olunur) 1-ci mərtəbəsinə yığılan 7 ton ot bağlamasının 1 tonu yanıb. Yanğın zamanı tüstülənmiş otaqlardan 16 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sabirabad rayonunun Suqovuşan kəndində həyətyanı sahəyə yığılan 4 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Masallı rayonunun Ərkivan kəndində ümumi sahəsi 48 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 16 m² sahədə və içərisinə yığılan 2 m³ odun yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Lerik rayonunun Tikəband kəndində ümumi sahəsi 75 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə və damına yığılan 2 ton ot bağlaması yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 iyun 2021-ci il saat 14:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yaşma bağları yaşayış massivində iribuynuzlu heyvanın metal boru ilə evin divarı arasında sıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri heyvanı xilas edərək sahibinə təhvil veriblər.


Geri

19 iyun 2021-ci il saat 12:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda 1 nəfər azyaşlı evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

19 iyun 2021-ci il saat 12:15-dək:

Şabran rayonunun Aygünlü kəndində "Mercedes" markalı sərnişin avtobusunun yük yerində elektrik avadanlıqları yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Saatlı rayonunun Qaralar kəndində ümumi sahəsi 36 m² olan lambirindən ibarət köməkçi tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində yaşayış binasına bitşik tikilən ümumi sahəsi 10 m² olan qapı-pəncərə sexinin damına yığılan taxta və məişət tullantıları 10 m² sahədə yanıb. Sex və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 iyun 2021-ci il saat 09:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qax rayonunun Güllük kəndində "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Geri

19 iyun 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Xətai və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

19 iyun 2021-ci il saat 08:00-dək:

Şirvan şəhərinin Çılpaqlı qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli evin (kərpic və qamış konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Aşağı Ləki kəndində ümumi sahəsi 165 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə və damına yığılan 12 ton ot bağlamasının 7 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.