Geri

11 iyun 2021-ci il saat 12:15-dək:

Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsinin pilləkən qəfəsində 2 ədəd elektrik sayğacı və kabel 1 p.m yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 iyun 2021-ci il saat 11:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda xırdabuynuzlu heyvanın (keçi) dərinliyi təqribən 25 m olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri müvafiq təhlükəsizlik qaydalarına riayət etməklə heyvanı quyudan çıxarıb və sahibinə təhvil veriblər.

Geri

11 iyun 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 nəfərin liftdən çıxarılması təmin edilib.