Geri

10 iyun 2021-ci il saat 22:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

10 iyun 2021-ci il saat 20:15-dək:

Füzuli rayonunun Alxanlı kəndində “NİVA” markalı kombaynın mühərrik hissəsi və 1 ədəd arxa təkəri yanıb. Kombaynın qalan hissəsi və yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Biləsuvar rayonunda ümumi sahəsi 110 m² olan daşdan ibarət köməkçi tikilinin içərisinə yığılan 5 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 iyun 2021-ci il saat 14:30-dək:

Salyan rayonunun Yenikənd kəndində ümumi sahəsi 48 m² olan talvarın yanar konstruksiyaları 12 m² sahədə və altına yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 iyun 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən biri azyaşlı olmaqla 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

10 iyun 2021-ci il saat 08:00-dək:

Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.