Geri

31 may 2021-ci il saat 17:00-dək:

Astara rayonunun Deqadi kəndində "КамАЗ" markalı yük avtomobilinin dəmir konstruksiyadan ibarət banına yığılan 7 ton ot bağlamasının 3 tonu və avtomobilin arxa təkərləri yanıb. Avtomobilin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Biləsuvar rayonunun İsmətli kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 may 2021-ci il saat 16:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

31 may 2021-ci il saat 15:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 1990-cı il təvəllüdlü qadının yaşadığı mənzildə köməksiz vəziyyətdə qalmasına əsaslı şübhələrin olması ilə bağlı müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri Bakı şəhərinin Sabunçu rayonundakı ünvana cəlb olunub. Həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində mənzilin qapısının açılması təmin edilib. Polis əməkdaşlarının iştirakı ilə mənzilə baxış zamanı vətəndaşın meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Geri

31 may 2021-ci il saat 11:15-dək:

Oğuz rayonunun Mollalı kəndində ümumi sahəsi 40 m² olan tövlənin çardağının yanar konstruksiyaları 30 m² sahədə və çardağına yığılan 8 ton ot bağlamasının 6 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 may 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

31 may 2021-ci il saat 07:15-dək:

Lənkəran şəhərinin İstisu qəsəbəsində ümumi sahəsi 300 m² olan talvarın yanar konstruksiyaları yanıb. Bitişik otel yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

31 may 2021-ci il saat 02:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində plastmas parçanın asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər plastmas parçasını müvafiq qaydada bərkidərək təhlükəni aradan qaldırıblar.