Geri

31 may 2021-ci il saat 11:15-dək:

Oğuz rayonunun Mollalı kəndində ümumi sahəsi 40 m² olan tövlənin çardağının yanar konstruksiyaları 30 m² sahədə və çardağına yığılan 8 ton ot bağlamasının 6 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 may 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

31 may 2021-ci il saat 07:15-dək:

Lənkəran şəhərinin İstisu qəsəbəsində ümumi sahəsi 300 m² olan talvarın yanar konstruksiyaları yanıb. Bitişik otel yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

31 may 2021-ci il saat 02:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində plastmas parçanın asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər plastmas parçasını müvafiq qaydada bərkidərək təhlükəni aradan qaldırıblar.