Geri

30 may 2021-ci il saat 23:00-dək:

Samux rayonunun Sarıqaya kəndində ferma ərazisində hər birinin sahəsi 125 m² olan bir-birinə yaxın tikilən 3 ədəd tövlənin yanar konstruksiyaları və ümumi sahəsi 10 m² olan taxtadan ibarət köməkçi tikili 3 m² sahədə yanıb. Yaxınlıqdakı digər tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

30 may 2021-ci il saat 20:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının damında dəmir parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər dəmir parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.


Geri

30 may 2021-ci il saat 11:30-dək:

Biləsuvar rayonunda "ГАЗ" markalı yük avtomobilinin kabinə hissəsi yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

30 may 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

30 may 2021-ci il saat 08:15-dək:

Ağdaş rayonunda "Mercedes" markal minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.