Geri

03 may 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

03 may 2021-ci il saat 07:00-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 50 m² olan hinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Bitişik anbar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Balakən rayonunun Qabaqçöl qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli ərzaq mağazasının yanar konstruksiyaları və dam örtüyü yanıb. Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.