Geri

02 may 2021-ci il saat 13:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Şəhriyar kəndində ”Mercedes” markalı yük avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

02 may 2021-ci il saat 12:30-dək:

Mingəçevir şəhərində ümumi sahəsi 45 m² olan avtomobil təmiri sexinin içərisində təmirə dayanan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 may 2021-ci il saat 09:50-dək:

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin 1 otağında plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədəd kondisioner, eyvanında 1 ədəd dolab yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 may 2021-ci il saat 08:45-dək:

Sabirabad rayonunun Qaratəpə kəndində ümumi sahəsi 112 m² olan tavanı qamışdan ibarət birmərtəbəli evin yanar konstruksiyaları 97 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Goranboy rayonunun Qaraçinar kəndində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 may 2021-ci il saat 03:45-dək:

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 21 m² olan konteynerin penoplastdan ibarət üzlüyü və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.