Geri

18 may 2021-ci il saat 08:00-dək:

Biləsuvar rayonunda ümumi sahəsi 20 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə və içərisinə yığılan taxta tullantıları 4 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xaçmaz rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli geyim mağazasının yanar konstruksiyaları 9 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 15 m² sahədə əriyib. Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı mağazaların yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Füzuli rayonunun 6 №-li Qayıdış qəsəbəsində həyətyanı sahəyə yığılan 2,7 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində ümumi sahəsi 170 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.