Geri

01 may 2021-ci il saat 18:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Quliyev Vaqif Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

01 may 2021-ci il saat 16:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.
Geri

01 may 2021-ci il saat 13:45-dək:

Abşeron rayonunun Novxanı qəsəbəsində ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, içərisində olan əşyalar və damında quraşdırılan plastmas su çəlləyi yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 may 2021-ci il saat 11:45-dək:

Qəbələ rayonunun Nic qəsəbəsində ümumi sahəsi 88 m² olan birmərtəbəli çayxananın mətbəxində həcmi 30 litr olan məişət qaz balonunda başlıq hissə və sızan qaz yanıb, dam örtüyünün taxta atmaları 5 m² sahədə qarsalanıb. Çayxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 may 2021-ci il saat 00:30-dək:

Bakı şəhərinin Nəsimi rayonunda doqquzmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin dəhlizində 10 ədəd elektrik sayğacı, kabel 2 p.m və dolab 1 m² sahədə qismən yanıb. Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.  Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.