Geri

01 may 2021-ci il saat 13:45-dək:

Abşeron rayonunun Novxanı qəsəbəsində ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, içərisində olan əşyalar və damında quraşdırılan plastmas su çəlləyi yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 may 2021-ci il saat 11:45-dək:

Qəbələ rayonunun Nic qəsəbəsində ümumi sahəsi 88 m² olan birmərtəbəli çayxananın mətbəxində həcmi 30 litr olan məişət qaz balonunda başlıq hissə və sızan qaz yanıb, dam örtüyünün taxta atmaları 5 m² sahədə qarsalanıb. Çayxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 may 2021-ci il saat 00:30-dək:

Bakı şəhərinin Nəsimi rayonunda doqquzmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin dəhlizində 10 ədəd elektrik sayğacı, kabel 2 p.m və dolab 1 m² sahədə qismən yanıb. Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.  Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.