Geri

30 aprel 2021-ci il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şabran rayonunda Taxtakörpü su anbarında aşkar edilmiş naməlum kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit su anbarından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Geri

30 aprel 2021-ci il saat 14:15-dək:

Ağdaş rayonunda ümumi sahəsi 6 m² olan taxta konstruksiyadan ibarət hin yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

30 aprel 2021-ci il saat 13:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.


Geri

30 aprel 2021-ci il saat 13:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yaşayış binasının damında yıxılaraq xəsarət alan 1 nəfərə köməklik göstərilməsi üçün müraciət daxil olub. Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisənin baş verdiyi ünvana cəlb olunub. Xilasedicilər yaralı vəziyyətdə olan vətəndaşı müvafiq qaydada damdan düşürüb və hadisə yerinə çağırılan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verərək xilas olunmasını təmin ediblər.

Geri

30 aprel 2021-ci il saat 08:00-dək:

Bərdə rayonunda transformatorun 4 ədəd açarı və çıxış kabeli 20 p.m yanıb. Transformatorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Gədəbəy rayonunun Xarxar kəndində ümumi sahəsi 42 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;


Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli tikilinin tavan hissəsindən keçən elektrik kabeli 2 p.m yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 1 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.