Geri

29 aprel 2021-ci il saat 21:45-dək:

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 55 m² olan mənzilin 1 otağına və eyvanına yığılan taxta tullantıları 2 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 aprel 2021-ci il saat 16:30-dək:

Ağcabədi rayonunun Təzəkənd kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 24 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 aprel 2021-ci il saat 14:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Geri

29 aprel 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

29 aprel 2021-ci il saat 07:15-dək:

Ağcabədi rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın içərisində ərzaq malları 5 m² sahədə yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 20 m² olan köməkçi tikilinin içərisində ev əşyaları 15 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 5 m² sahədə və elektrik kabeli 3,5 p.m yanıb. Yanğın zamanı 5-i azyaşlı olmaqla 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 aprel 2021-ci il saat 01:00-dək:

Masallı rayonunun Təzə Alvadı kəndində ümumi sahəsi 216 m² olan (hər mərtəbəsi 108 m²) ikimərtəbəli evin taxta konstruksiyadan ibarət dam örtüyü 70 m² sahədə, ikinci mərtəbəsinin yanar konstruksiyaları 50 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.