Geri

19 aprel 2021-ci il saat 17:30-dək:

Cəlilabad rayonunun Şorbaçı kəndində ümumi sahəsi 84 m² olan tövlənin yanar konstruksiyaları 64 m² sahədə və içərisinə yığılan 800 kiloqram ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəmkir rayonunun Aşağı Seyfəli kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 70 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bərdə rayonunun Alaçadırlı kəndində ümumi sahəsi 240 m² olan köməkçi tikilinin qamışdan ibarət tavanı 5 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 aprel 2021-ci il saat 14:45-dək:

Tovuz rayonunun Qovlar şəhərində ümumi sahəsi 160 m² olan hazırda fəaliyyət göstərməyən birmərtəbəli tikilinin taxtadan ibarət tavanı 15 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 aprel 2021-ci il saat 11:00-dək:

Samux rayonunun Çobanabdallı kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli köməkçi tikilinin içərisində həcmi 25 litr olan məişət qaz balonundan sızan qaz və məişət əşyaları 3 m² sahədə yanıb. Yüksək temperaturdan tikilinin lambirindən ibarət tavanı 15 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 aprel 2021-ci il saat 08:30-dək:

Şamaxı rayonunun Şəhriyar qəsəbəsində ümumi sahəsi 30 m² olan tövlənin çardağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Tövlənin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

19 aprel 2021-ci il saat 07:00-dək:

Yevlax şəhərində hər mərtəbəsi 650 m² olan ikimərtəbəli ərzaq mağazasının ikinci mərtəbəsinin yanar konstruksiyaları 56 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Geri

19 aprel 2021-ci il saat 01:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Həmidzadə Azad Qasım oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.