Geri

18 aprel 2021-ci il saat 07:15-dək:

Sabirabad rayonunun Quruzma kəndində ümumi sahəsi 152 m² olan kürsülü birmərtəbəli evin zirzəmisində taxta atmalar və tavana çəkilmiş şüşə-pambıqdan ibarət üzlük 26 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Quba rayonunun Qorxmazoba kəndində ümumi sahəsi 140 m² olan ikimərtəbəli evin və bitişik ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Gədəbəy rayonunun Çay Rəsullu kəndində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və damına yığılan 300 kiloqram ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

18 aprel 2021-ci il saat 02:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində “Opel” və “NAZ-Lifan” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "NAZ - Lifan" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Geri

18 aprel 2021-ci il saat 01:45-dək:

Gədəbəy rayonunda ümumi sahəsi 415 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan tavan 2 m² sahədə qarsalanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.