Geri

17 aprel 2021-ci il saat 16:15-dək:

İsmayıllı rayonunun Ruşan kəndində həyətyanı sahəyə yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Oğuz rayonunun Şirvanlı kəndində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Gədəbəy rayonunun Miskinli kəndində ümumi sahəsi 600 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 8 ədəd pəncərə çərçivəsi, tavan və dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

17 aprel 2021-ci il saat 15:00-dək:

Bakı şəhərinin Xətai rayonunda 60 m² sahədə taxta, təkər tullantıları və istifadəyə yararsız plastik çəlləklər yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

17 aprel 2021-ci il saat 09:30-dək:

Qax rayonunun Zərnə kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları, altına yığılan 5 ton ot bağlamasının 2,5 tonu və 5 m³ taxta materialından 2 m³ yanıb. Ot bağlamalarının və taxta materialın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

17 aprel 2021-ci il saat 08:45-dək:

Tərtər rayonunun Qaraağacı kəndində ümumi sahəsi 28 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 400 kq ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

17 aprel 2021-ci il saat 07:45-dək:

Abşeron rayonunun Digah qəsəbəsində ümumi sahəsi 102 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyü və 1 otağının yanar konstruksiyaları 16 m² sahədə, digər otağının taxtadan ibarət tavanı 5 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəx və hamam otağının lambirindən ibarət tavanı 10 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.