Geri

01 aprel 2021-ci il saat 23:00-dək:

Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 4 m² olan köməkçi tikilinin içərisində 1 ədəd kombi aparatı,1 ədəd su qızdırıcısı və 1 ədəd paltaryuyan maşın yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İmişli rayonunun Hacırüstəmli kəndində ümumi sahəsi 70 m² olan köməkçi tikilinin içərisinə yığılan 300 kiloqram ot bağlaması və qamışdan ibarət tavanı 5 m² sahədə qismən yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 aprel 2021-ci il saat 19:30-dək:

Gədəbəy rayonunda ümumi sahəsi 250 m² olan birmərtəbəli 8 otaqlı evin iki otağının tavanı 14 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 aprel 2021-ci il saat 19:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

01 aprel 2021-ci il saat 18:15-dək:

Cəlilabad rayonunun Adnalı kəndində ümumi sahəsi 24 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə və içərisinə yığılan 1,6 ton ot bağlamasının 750 kiloqramı yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 aprel 2021-ci il saat 15:00-dək:

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ümumi sahəsi 24 m² olan otağın döşəməsi 2 m² sahədə və pəncərə çərçivəsi 1 m² sahədə yanıb. Otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

01 aprel 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

01 aprel 2021-ci il saat 00:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.