Geri

04 mart 2021-ci il saat 17:00-dək:

Balakən rayonunun Talalar kəndində ümumi sahəsi 180 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 152 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

04 mart 2021-ci il saat 14:00-dək:

Balakən rayonunun Xalatala kəndində ümumi sahəsi 153 m² olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılan 6 ton yem məhsulunun (qarğıdalı) 4,2 tonu yanıb. Tövlənin və yem məhsulunun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

04 mart 2021-ci il saat 11:30-dək:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 420 m² olan (hər mərtəbəsi 140 m²) üçmərtəbəli 6 otaqlı evin mansardasının yanar konstruksiyaları 140 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının sahəsinin genişlənməsinin qarşısı alınıb, yanğın söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yerinin kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Qarayeva Arzu Qədir qızının meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

04 mart 2021-ci il saat 10:35-dək:

Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi ünvanında üçmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Əlavə məlumat veriləcək.

Geri

04 mart 2021-ci il saat 09:55-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi ünvanında üçmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, evin mansardası yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

04 mart 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

04 mart 2021-ci il saat 08:00-dək:

Şabran rayonunun Zeyvə kəndində ümumi sahəsi 36 m² olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəki şəhərinin Kiş kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin 1 otağında yataq dəsti və döşəmə 3 m² sahədə, zirzəmisində taxta tullantıları 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sabirabad rayonunun Zəngənə kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 140 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.