Geri

31 mart 2021-ci il saat 16:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

31 mart 2021-ci il saat 12:40-dək:

Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində "Fiat" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 mart 2021-ci il saat 12:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində avtomobil yanması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

31 mart 2021-ci il saat 12:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

31 mart 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən biri azyaşlı olmaqla 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

31 mart 2021-ci il saat 07:30-dək:

Qusar rayonunda "ВАЗ" markalı minik avtomobilinin yük yeri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 mart 2021-ci il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

31 mart 2021-ci il saat 01:00-dək:

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 24 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Kürdəmir rayonunun Aran qəsəbəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Lerik rayonunun Veri kəndində həyətyanı sahəyə yığılan 6 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.