Geri

31 mart 2021-ci il saat 01:00-dək:

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 24 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Kürdəmir rayonunun Aran qəsəbəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Lerik rayonunun Veri kəndində həyətyanı sahəyə yığılan 6 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.