Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda iribuynuzlu heyvanın dərinliyi təqribən 7 m olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və sahibinə təhvil verilib.
Şəmkir rayonunun Dəllər-Daşbulaq kəndində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları 30 m² sahədə və damına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Tərtər rayonunun Sarov kəndində həyətyanı sahəyə yığılan 4 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Zaqatala rayonunun Əliabad qəsəbəsində ümumi sahəsi 144 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 4 ton ot bağlamasının 1,2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 400 m² olan hazırda fəaliyyət göstərməyən birmərtəbəli dərzi sexinin yanar konstruksiyaları 40 m² sahədə və içərisində 2 ədəd dəzgahın yanar hissələri yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı və Nizami rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 nəfərin liftdən çıxarılması təmin edilib.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Vəlvələ kəndində iribuynuzlu heyvanın dərinliyi təqribən 2 m olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və sahibinə təhvil verilib.