Geri

27 mart 2021-ci il saat 12:15-dək:

Sumqayıt şəhərində üçmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 18 m² olan otağın eyvanının (mətbəx kimi istifadə olunur) yanar konstruksiyaları 6 m² sahədə yanıb. Yanğın zamanı tüstülənmiş otaqlardan 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Geri

27 mart 2021-ci il saat 11:30-dək:

Bakı şəhərinin Nizami rayonunda yeraltı kollektorda (diametri 1200 mm) modernizasiya işləri aparılan zaman hidrogen sulfid qazının qalıqları yanıb. Ərazidəki kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 mart 2021-ci il saat 02:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

27 mart 2021-ci il saat 01:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda "Москвич" markalı minik avtomobilinin salonu və yük yeri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.