Geri

02 mart 2021-ci il saat 22:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

02 mart 2021-ci il saat 20:30-dək:

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzilin mətbəxində məişət tullantıları 3 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 mart 2021-ci il saat 09:30-dək:

Ağstafa rayonu, Köhnə Qışlaq kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 mart 2021-ci il saat 08:00-dək:

Masallı rayonunun İkinci Yeddioymaq kəndində ümumi sahəsi 90 m² olan kürsülü birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Cəlilabad rayonunun Abdullu kəndində ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyaları 78 m² sahədə və içərisinə yığılan 1,8 ton ot bağlamasının 0,8 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Siyəzən rayonunda ümumi sahəsi 20 m² olan meyvə-tərəvəz mağazasının yanar konstruksiyaları 13 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 mart 2021-ci il saat 01:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həkim nəzarəti altında halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.