Geri

02 mart 2021-ci il saat 09:30-dək:

Ağstafa rayonu, Köhnə Qışlaq kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 mart 2021-ci il saat 08:00-dək:

Masallı rayonunun İkinci Yeddioymaq kəndində ümumi sahəsi 90 m² olan kürsülü birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Cəlilabad rayonunun Abdullu kəndində ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyaları 78 m² sahədə və içərisinə yığılan 1,8 ton ot bağlamasının 0,8 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Siyəzən rayonunda ümumi sahəsi 20 m² olan meyvə-tərəvəz mağazasının yanar konstruksiyaları 13 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 mart 2021-ci il saat 01:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həkim nəzarəti altında halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.