Geri

17 mart 2021-ci il saat 04:15-dək:

Ağstafa rayonunun Aşağı Göycəli kəndində ümumi sahəsi 220 m² olan kürsülü birmərtəbəli evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

17 mart 2021-ci il saat 02:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda yataqxana ərazisində ümumi sahəsi 180 m² olan taxta konstruksiyalardan ibarət bitişik özbaşına tikililər (məcburi köçkünlərin yaşadığı) yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınaraq, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Geri

17 mart 2021-ci il saat 01:30-dək:

Sabirabad rayonunun Qəzli kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli evin qamışdan ibarət arakəsmə divarı 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Hacıqabul rayonunun Ağacanlı kəndində ümumi sahəsi 40 m² olan tövlənin qamışdan ibarət dam örtüyü yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.