Geri

16 mart 2021-ci il saat 17:00-dək:

Biləsuvar rayonunda ümumi sahəsi 65 m² olan birmərtəbəli evin döşəməsi 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 mart 2021-ci il saat 16:00-dək:

Bərdə rayonunun Güloğlular kəndində həyətyanı sahəyə yığılan 14 ton ot bağlamasının 2 tonu yanıb. Yaxınlıqdakı tövlə və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Samux rayonunun Füzuli kəndində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin 1 otağında 1 ədəd qapı, pəncərə çərçivəsi və ev əşyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan alçıpandan ibarət tavan 20 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 mart 2021-ci il saat 13:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

16 mart 2021-ci il saat 12:45-dək:

Zərdab rayonunun Qoşaoba kəndində ümumi sahəsi 280 m² olan (hər mərtəbəsi 140 m²) ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və dam örtüyü 35 m² sahədə yanıb. Yüksək temperaturdan digər otaqların lambirindən ibarət tavanı 55 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 mart 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

16 mart 2021-ci il saat 08:00-dək:

Quba rayonunun Üçgün kəndində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 6 ton ot bağlamasının 0,4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.