Geri

15 mart 2021-ci il saat 20:45-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 20 m² olan dəmir qarajın içərisinə yığılan 10 ədəd taxta yeşik və 1 ədəd istifadəyə yararsız dolab 3 m² sahədə yanıb, digər əşyalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

15 mart 2021-ci il saat 14:00-dək:

Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində quyuda aşkarlanmış naməlum kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Geri

15 mart 2021-ci il saat 11:30-dək:

Balakən rayonunda ümumi sahəsi 2100 m² olan mebel sexi kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Geri

15 mart 2021-ci il saat 09:10-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

15 mart 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

15 mart 2021-ci il saat 08:00-dək:

Cəlilabad rayonunda ümumi sahəsi 240 m² olan daş sexində qurutma sobasının içərisində rezin qəliblər və bacanın ətrafı 12 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları 10 m² sahədə və içərisindəki əşyalar yanıb. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Geri

15 mart 2021-ci il saat 01:00-dək:

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 210 m² olan (hər mərtəbəsi 105 m²) ikimərtəbəli evin dam örtüyünün taxta atmaları 4 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 4 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Tərtər rayonunun Bəyimsarov kəndində ümumi sahəsi 660 m² olan ikimərtəbəli xəstəxana binasının 2-ci mərtəbəsində (məcburi köçkünlər məskunlaşıb) ümumi sahəsi 32 m² olan otaqda döşəmə 2 m² sahədə və ev əşyaları 3 m² sahədə (xalça, yataq dəsti və çarpayı qismən) yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Otağın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın söndürülüb;

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 20 m² olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları 15 m² sahədə və yaxınlıqda 1 ədəd şam ağacı qismən yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.