Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları (taxta konstruksiyalardan ibarət) və içərisində olan əşyalar yanıb. Yanğın zamanı evdə həcmi 20 litr olan məişət qaz balonu partlayıb. Həcmi 5 və 50 litr olan 2 ədəd məişət qaz balonu yanğınsöndürənlərin səyi nəticəsində təhlükəsiz əraziyə təxliyə olunaraq yeni yanğın mənbələrinin və partlayışın yaranmasının qarşısı alınıb. Evə bitişik köməkçi tikili və həyətdə dayanan 2 ədəd minik avtomobili yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Yanğın yerinin kəşfiyyatı zamanı dağıntılar altında ev sahibi, 1955-ci il təvəllüdlü Hüseynov Ramiz Ənvər oğlunun yanmış meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində birmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Ağcabədi rayonu, Minaxorlu kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 14 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 2-si azyaşlı olmaqla 3 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.