Geri

13 mart 2021-ci il saat 22:45-dək:

Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisinə yığılan plastmas və taxtadan ibarət taralar 20 m² sahədə yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəki şəhərinin Oxud kəndində ümumi sahəsi 270 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 210 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

13 mart 2021-ci il saat 16:15-dək:

Tovuz rayonunun Qovlar şəhərində ümumi sahəsi 64 m² olan mebel sexinin yanar konstruksiyaları və içərisində olan əşyalar 60 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Salyan rayonunun Kürsəngi kəndində ümumi sahəsi 324 m² olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın döşəməsi 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

13 mart 2021-ci il saat 14:30-dək:

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 30 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 1 tonu, yaxınlıqda ümumi sahəsi 24 m² olan birmərtəbəli evdə ev əşyaları 5 m² sahədə və ümumi sahəsi 24 m² olan digər birmərtəbəli evdə ev əşyaları 5 m² sahədə yanıb. Hər iki evin, köməkçi tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

13 mart 2021-ci il saat 11:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

13 mart 2021-ci il saat 08:00-dək:

Masallı rayonunun Ağakişibəyli kəndində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Neftçala rayonunun Mirzəqurbanlı kəndində ümumi sahəsi 40 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 24 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

13 mart 2021-ci il saat 02:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.