Geri

28 fevral 2021-ci il saat 18:30-dək:

Şəmkir rayonunun Qaracəmirli kəndində "T-25" markalı traktorun yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yevlax şəhərinin Aşağı Bucaq kəndində ümumi sahəsi 65 m² olan talvarın altına yığılan 1 ton ot bağlaması yanıb. Talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 fevral 2021-ci il saat 13:15-dək:

Sabirabad rayonunun Kovlar kəndində ümumi sahəsi 90 m² olan tövlənin qamışdan ibarət tavanı 20 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 fevral 2021-ci il saat 12:45-dək:

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 100 m² olan kafenin mətbəxində elektrik kabeli 3 p.m yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 2 m² sahədə əriyib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Neftçala rayonunda ümumi sahəsi 354 m² olan birmərtəbəli inzibati binanın giriş hissəsində quraşdırılan elektrik lövhəsi yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Geri

28 fevral 2021-ci il saat 09:15-dək:

Tovuz rayonunun Bozalqanlı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şirvan şəhərində ümumi sahəsi 300 m² olan avtomobil təmiri sexinin tavanı 24 m² sahədə, içərisində 125 ədəd avtomobil şinindən 20 ədədi və orada olan digər ehtiyat hissələri yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 45 m² olan tövlənin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 fevral 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.