Geri

28 fevral 2021-ci il saat 09:15-dək:

Tovuz rayonunun Bozalqanlı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şirvan şəhərində ümumi sahəsi 300 m² olan avtomobil təmiri sexinin tavanı 24 m² sahədə, içərisində 125 ədəd avtomobil şinindən 20 ədədi və orada olan digər ehtiyat hissələri yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 45 m² olan tövlənin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 fevral 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.