Geri

26 fevral 2021-ci il saat 12:45-dək:

Ağcabədi rayonunun Hindarx qəsəbəsində ümumi sahəsi 15 m² olan köməkçi tikilinin tavanı 5 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 fevral 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

26 fevral 2021-ci il saat 08:30-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 400 m² olan yuyucu maddələrin istehsalı sexinin anbarında 60 m² sahəyə yığılmış və içərisində yuyucu vasitələrin saxlandığı 36 ədəd plastmas çəllək və 20 p.m elektrik kabeli yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 fevral 2021-ci il saat 07:15-dək:

Cəlilabad rayonu, Babalı kəndində ümumi sahəsi 153 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 105 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 fevral 2021-ci il saat 02:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

26 fevral 2021-ci il saat 01:30-dək:

Bakı şəhərinin Səbail rayonunda hər mərtəbəsi 230 m² olan, taxta konstruksiyalardan ibarət ikimərtəbəli binanın ikinci mərtəbəsində 110 m² sahədə  fəaliyyət göstərən rəssamlıq emalatxanasının mətbəxinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının sahəsinin genişlənməsinin qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Geri

26 fevral 2021-ci il saat 01:00-dək:

Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi ünvanında ikimərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.