Geri

26 fevral 2021-ci il saat 01:30-dək:

Bakı şəhərinin Səbail rayonunda hər mərtəbəsi 230 m² olan, taxta konstruksiyalardan ibarət ikimərtəbəli binanın ikinci mərtəbəsində 110 m² sahədə  fəaliyyət göstərən rəssamlıq emalatxanasının mətbəxinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının sahəsinin genişlənməsinin qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Geri

26 fevral 2021-ci il saat 01:00-dək:

Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi ünvanında ikimərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.