Geri

06 dekabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

06 dekabr 2021-ci il saat 08:30-dək:

Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 80 m² olan tikintisi başa çatmayan kürsülü, birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Binəqədi rayonunda “BMW” markalı minik avtomobili və motosiklet toqquşub. Nəticədə motosikletin yanar hissələri yanıb. Avtomobill yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yevlax şəhərinin Xanabad kəndində ümumi sahəsi 850 m² olan fermanın çardağının yanar konstruksiyaları 200 m² sahədə yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yevlax şəhərinin Gülövşə kəndində ümumi sahəsi 108 m² olan tövlənin çardağının yanar konstruksiyaları 72 m² sahədə və çardağına yığılan 1,5 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xaçmaz rayonunda "Ford" markalı yük avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

06 dekabr 2021-ci il saat 08:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Sabirabad rayonunun Nərimankənd kəndində "ГАЗ" markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Bayramov Fəyal Eldar oğlunun və sərnişini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qurban oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

06 dekabr 2021-ci il saat 02:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1967-ci il təvəllüdlü Həsənov İlqar Salamat oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.