Geri

20 dekabr 2021-ci il saat 12:15-dək:

20.12.2021-ci il tarixində səhər saatlarında Astara rayonunun Diqo kəndi yaxınlığında Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinə məxsus ərazidə baş vermiş yanğın söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində təqribən 18 ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlərin birgə səyi ilə yanğının genişlənərək meşə ərazisinə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, yanğın baş verdiyi ərazi mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün yanğınsöndürmə işləri zamanı əsasən əl əməyindən istifadə olunub.

Geri

20 dekabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

20 dekabr 2021-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Astara rayonunun Diqo kəndi yaxınlığında dağ-meşə ərazisində yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, qeyd olunan ərazidə təqribən 20 ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri

20 dekabr 2021-ci il saat 07:45-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 150 m² (hər mərtəbəsi 75 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

20 dekabr 2021-ci il saat 02:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

20 dekabr 2021-ci il saat 01:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Kərgəlan kəndində "Mercedes" markalı minik avtomobilinin yol kənarındakı işıq dirəyinə çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü 2000-ci il təvəllüdlü Rzayev Qadir Qəhrəman oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.