Geri

02 dekabr 2021-ci il saat 13:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

02 dekabr 2021-ci il saat 03:00-dək:

Ağcabədi rayonunun Hindarx qəsəbəsində hər mərtəbəsi 169 m² olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 88 m² sahədə, dam örtüyü 90 m² sahədə və bitişik ümumi sahəsi 90 m² olan talvarın lambirindən ibarət tavanı yanıb. Yanğının kəşfiyyatı zamanı evin 2-ci mərtəbəsində tüstüdən zəhərlənmiş halda aşkarlanan 3 nəfər yanan evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Evin qalan hissəsi və talvarın altında olan 3 ədəd minik avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olunan məlumata əsasən, tüstüdən zəhərlənmiş şəxslər xəstəxanada vəfat edib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

02 dekabr 2021-ci il saat 00:15-dək:

Bərdə rayonunun Lənbəran kəndində ümumi sahəsi 200 m² olan talvarın yanar konstruksiyaları 9 m² sahədə və altına yığılan 175 kiloqram ot bağlaması yanıb. Yanğın zamanı yaxınlıqdakı fermanın içərisində olan 20 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə köçürülüb. Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.