Geri

17 dekabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

17 dekabr 2021-ci il saat 08:30-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 30 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qazax rayonunun Ağköynək kəndində, ferma ərazisində ümumi sahəsi 270 m² olan bir dam altında tikilən (tövlə və köməkçi otaq) tikilinin dam örtüyünün taxta atmaları 20 m² sahədə, tavanı 5 m² sahədə və içərisində 1 ədəd çarpayı yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xaçmaz rayonunun Nabran kəndində restoranın ərazisində, ümumi sahəsi 63 m² olan taxta konstruksiyadan ibarət mətbəx və içərisində 1 ədəd paltaryuyan maşın yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İmişli rayonunun Cavadxanlı kəndində həyətyanı sahəyə yığılan 10 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 20 m² olan meyvə-tərəvəz mağazasının yanar konstruksiyaları 10 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.