Geri

16 dekabr 2021-ci il saat 17:30-dək:

Yardımlı rayonunun Bozayran kəndində ümumi sahəsi 120 m² (hər mərtəbəsi 60 m²) olan ikimərtəbəli tikilinin (birinci mərtəbəsi fəaliyyət göstərmir, ikinci mərtəbəsi çayxana) ikinci mərtəbəsinin tavanı 30 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 dekabr 2021-ci il saat 13:30-dək:

Ağsu rayonunun Gəgəli kəndində ümumi sahəsi 140 m² olan bir dam altında tikilən, iki ailənin yaşadığı birmərtəbəli evlərdən sahəsi 80 m² olan evin yanar konstruksiyaları və sahəsi 60 m² olan evin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 dekabr 2021-ci il saat 12:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu ərazisində (Rəşid Behbudov küçəsi) yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 120 m² olan restoranın tüstü bacası 10 p.m, elektrik kabeli 8 p.m və binaya bitişik, sahəsi 6 m² olan restorana məxsus köməkçi tikili (taxta konstruksiyalardan ibarət) yanıb. Restoranın qalan hissəsi, bitişik digər obyektlər və bina yanğından mühafizə olunub.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 1 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Geri

16 dekabr 2021-ci il saat 11:15-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir rayonunun Atakişili kəndində su kanalında aşkarlanan 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Görülən tədbirlər nəticəsində 1965-ci il təvəllüdlü Kərimov İlqar Namət oğlunun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Geri

16 dekabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

16 dekabr 2021-ci il saat 08:00-dək:

Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 140 m² olan mebel sexinin içərisində taxta yonqarı, 1 ədəd dülgər dəzgahı və dam örtüyünün taxta atmaları 80 m² sahədə yanıb. Sexin qalan hissəsi, içərisinə yığılan taxta materialları və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.